Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

16 Şub 08:24Manşet / Gündəm / Sosial

“Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsi uğurla başa çatıb

“Xezertv.info” xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsi uğurla icra olunub.
Layihənin əsas məqsədi gənclərin Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolunu daha yaxından öyrənməsi, hüquqi və dövlətçilik biliklərini artırması, analitik və yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirməsi olub.
Üç günlük hakaton formatında keçirilən layihə çərçivəsində iştirakçılar tarixçi və hüquq ekspertləri ilə görüşlərdə iştirak edib, komandalar şəklində müxtəlif mövzular üzrə layihələr hazırlayıblar. Layihələrin təqdimatı və qiymətləndirilməsi nəticəsində qaliblər müəyyənləşdirilərək sertifikatlarla təltif olunublar.
Layihə gənclərin komanda işi, təqdimat və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, vətəndaşlıq mövqeyinin gücləndirilməsi və ictimai fəallığın təşviqi baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirilir. Layihə çərçivəsində AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Heydər Əliyev irsinin araşdırmaçısı Sevinc Dadaşova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, Bakı Dövlət Universitetinin müəllimi Aytən Abbasova və layihələrin yazılması üzrə ekspert Fatimə Quliyeva ekspert qismində çıxış edərək iştirakçılarla bilik və təcrübələrini bölüşüblər.