Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır"
Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı?
İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
Qərbi Azərbaycan Amasiya rayon Çvinli kənd icmasında tədbir keçirilib.

13 fevral 2026-cı il tarixində Amasiya rayonu Çivinli kənd icmasında Şəhid ailələri, Qazilər, idmançı gənclər və kənd aktivləri ilə iclas keçirildi. İclasda Amasiya rayon icmasının sədr müavini Elmar Hüseynov iştirak etdi. Çivinli kənd icma sədri Məhəmməd İmanlı çıxışında Çivinli kənd icmasında görülmüş işlər və gələcək planları barədə məlumt verdi. Amasiya rayon icma sədrinin müavini Elmar Hüseynov akademik Abel Məhərrəmovun salamlarını icma üzvlərinə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qayıdış konsepsiyası barədə məlumat verdi. Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin icma üzvlərinə daha aktiv olmaları barədə tövsiyyələrini elan etdi. Kənd icma üzvlərindən çıxış edənlər hər biri vətən eşqi ilə yaşadıqlarının, Amasiyanın adət-ənənələrini ürəklərində yaşatdıqlarını bildirdilər. İclasda qərara alındı ki, belə görüşlər mütəmadi olaraq təşkil edilsin və hər bir icma üzvü aktiv olaraq icmanın fəaliyyətində iştiraklarının çatdırdılar.
Xezertv.info






















































