Menu
Xəbər Lenti
Məşhur aktyor vəfat etdi
12-02-2026, 05:38

Məşhur aktyor vəfat etdi

Artıq heç-heçə olmayacaq
12-02-2026, 05:27

Artıq heç-heçə olmayacaq

16 Şub 10:55Manşet / Gündəm / Kriminal

Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı?

 

Getdikcə maskalar yırtılır, hansı əllərin hansı ciblərdən, hansı məbləğlərlə çıxdığı məlum olur.

Yeni sübutlar göstərir ki, Milli Şura Azərbaycandakı çevrilişə dəstək verməsi üçün Rusiyaya təkcə məktub yazmayıbmış. Texnologiyanın yaratdığı imkanlardan da istifadə ediblər. Məsələn, Əli Kərimlinin xaricdə gizlənən əlaltısı Qənimət Zayıdov şefinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə danışıqlar da aparıbmış.

Baku TV-nin xəbərinə görə, həmin illərdə Əli Kərimli üzdə Azərbaycan hakimiyyətini guya Rusiyaya yaxınlıqda ittiham edir. Alt qatda isə hakimiyyətə gələcəyi təqdirdə ölkəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşacağını vəd edirmiş. Siyasi riyakarlığın və ikiüzlülüyün bundan yüksək həddini, hətta təsəvvür etmək də çətindir.




Yaxud üzdə "Qarabağ, Qarabağ" deyən Əli Kərimli əlaltıdan həqiqi vətənpərvər insanların Qarabağ şüarı ilə keçirilən səmimi yürüşünü iğtişaş və qarşıdurmaya çevirmək üçün müşaviri Fuad Qəhrəmanlıya göstəriş verirmiş.

Ramiz Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında hazırladığı məktubu Əli Kərimliyə göndərməsi isə sübut edir ki, onların birlikdə xarici kəşfiyyata işləmələri aradan keçən bütün illər ərzində davam edib.

Bütün bunların fonunda, Ramiz Mehdiyevin cinayət yolu ilə əldə etdiyi 17 milyon manat o qədər də təəccüblü gəlmir. Çünki məbləğ nə qədər böyük olursa olsun, Vətənə xəyanət olan yerdə başqa hər şey kiçik görünür. Vətəni satmağa hazır adamın başqa hansı cinayətinə təəccüblənmək olar ki?!