Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

21 Şub 09:02Manşet / Gündəm / Dünya

ABŞ Xameneinin öldürülməsi üçün PLAN HAZIRLAYIB? - Məşhur nəşrdən iddia

 

"ABŞ İran barəsində bir neçə hərəkət planını nəzərdən keçirir".

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" nəşri adını açıqlamadığı mənbəyə istinadən yazıb.

Nəşr bildirir ki, planlardan birində İranın Ali Lideri Əli Xamenei və oğlu Müctəbanın öldürülməsi nəzərdə tutulur.

"Onların istənilən ssenari üzrə planları var. Ssenarilərdən biri ayətullahın, onun oğlunun və mollaların (yüksək vəzifəli siyasi və dini məmurlar - red.) aradan qaldırılmasıdır. Prezidentin nə seçəcəyini heç kim bilmir. Düşünmürəm ki, o özü bilir", - deyə ABŞ prezidentinin yüksək vəzifəli müşaviri bildirib.

Başqa bir mənbənin sözlərinə görə, İran ali liderinin öldürülməsi planı bir neçə həftə əvvəl Donald Trampa təqdim edilib. Nəşrin mənbələri həmçinin qeyd ediblər ki, ABŞ prezidentinin administrasiyası İranın atom bombası hazırlamaq planlarından imtina edəcəyi təqdirdə, onun "simvolik" nüvə zənginləşdirilməsini nəzərdə tutan başqa bir planı gözdən keçirməyə hazırdır.

"The Wall Street Journal" nəşrinin daha əvvəl yazdığına görə, Donald Tramp eyni zamanda İrana məhdud hücum planını da nəzərdən keçirir və bu plan ölkəni nüvə proqramı üzrə sazişi imzalamağa məcbur edəcək. Əgər bundan sonra Tehran müqaviləni imzalamaqdan imtina edərsə, ABŞ hökumətin devrilməsinə yönələn genişmiqyaslı hərbi əməliyyatlarla cavab verəcək.