Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Qonaqları Qərbi Azərbaycan Amasiya rayon İcmasının sədr müavini Elmar Hüseynov salamladı. Görüşdə Özbəkistanlı şair-publisist Muqimjon Nurbayev, Tacikistanlı şairlər Rəhimberdi Berdiyev, Abdullajon İsrailov, Amasiya rayonu Ellərkənd kənd icmasının sədri Şahbaz Balakişiyev, icma üzvləri Zakir Mustafayev, Hüsaməddin Cəfərov iştirak etdilər. Çıxış edənlər Türk Dövlətlərinin birliyi və qardaşlığını xüsusi ilə qeyd etdilər. Amasiya rayonu Ellərkənd icmasının sədri Şahbaz Balakişiyev "Çingiz Aytmatov" Qızıl qələm döş nişanı ilə, Zakir Mustafayev və Hüsaməddin Cəfərov "Əhməd Yasəvi" döş nişanı ilə təltif olundular. Elmar Hüseynov Tacikistanlı Rəhimberd Berdiyevə və Abdullajon İsrailova Təşəkkür məktubu təqdim etdi.
Qonaqlara kitablar hədiyyə olundu.Görüşün sonunda xatirə fotosu çəkildi.
Fərid Faiqoğlu
AJB-nin üzvü



























































