Xəbər Lenti
24-07-2026, 10:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
23-07-2026, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
“Hörmüz boğazı tezliklə açılacaq” - Tramp

ABŞ Prezidenti Donald Tramp strateji əhəmiyyətli Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün yenidən açılacağı ilə bağlı iddialarını yenidən gündəmə gətirib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bu barədə özünə məxsus “TruthSocial” sosial şəbəkə hesabında paylaşım edib.
Tramp regiondakı hərbi və diplomatik proseslərin gedişatına toxunaraq, boğazın açılmasının an məsələsi olduğunu vurğulayıb.
“Hörmüz boğazı tezliklə açılacaq və boş gəmilər artıq yük götürmək üçün ABŞ-yə axışır”, – deyə o, öz paylaşımında qeyd edib.
Xatırladaq ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyalarından biri hesab olunur və son hərbi gərginliklər fonunda boğazda gəmiçiliyin təhlükəsizliyi ciddi müzakirə mövzusuna çevrilib.























































