Xəbər Lenti
Bugün, 09:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Bugün, 09:23
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
18-04-2026, 17:20
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı

NATO-nun kəşfiyyat təyyarəsi Ukrayna sərhədləri yaxınlığında təxminən iki saat müşahidə aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, bu, uçuş məlumatlarının təhlilindən sonra məlum olub: “Boeing E-3A Sentry” təyyarəsi Türkiyənin Konya şəhərindən havaya qalxıb. Təyyarə Türkiyənin Qara dəniz sahili boyunca və Bolqarıstan ərazisi üzərindən keçib. Rumıniyanın hava məkanına daxil olduqdan sonra o, Ukrayna ilə sərhədin bilavasitə yaxınlığında dairəvi manevrlər etməyə başlayıb”.
Təyyarə iki saat kəşfiyyat missiyası həyata keçirdikdən sonra ərazini tərk edib və Bolqarıstanın hava məkanına qayıdıb.






















































