Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
30-04-2026, 06:34

Xəzərdə zəlzələ oldu

12 qurban, 17 illik hüzun...
30-04-2026, 06:10

12 qurban, 17 illik hüzun...

SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 13:54

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 06:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 06:00

Bu ərazilərdə qaz olmayacaq

02 May 09:03Manşet / Gündəm / Sosial

Sukanal idarəsi YAP-la birgə tədbir keçirdi

 

Mayın 1-də Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qaradağ rayon Sukanal İdarəsi ilə birgə təşkil etdiyi “Müasir şəhərsalmada su təsərrüfatı: dayanıqlı inkişaf modeli” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Azərbaycanın qədim şəhərsalma ənənələrinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan bəhs edib. O, qloballaşan dünyada şəhərlərin dayanıqlı inkişaf prinsipləri əsasında formalaşdırılmasının vacibliyini vurğulayaraq, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

F.Qurbanov, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, müasir memarlıq nümunələrinin yaradılmasından, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqindən danışıb. O, müasir şəhərsalmada su təsərrüfatının rolunu önə çəkərək içməli su ehtiyatlarının qorunması, ekoloji tarazlığın təmin edilməsi və bu sahədə çalışan əməkdaşların zəhmətinin yüksək qiymətləndirilməli olduğunu bildirib.

Daha sonra “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qaradağ rayon Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov 2026-cı ilin Prezident İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin strateji əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu təşəbbüs ölkəmizdə şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, müasir infrastrukturun qurulmasına və milli memarlıq irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.

S.Əmiraslanov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və su təsərrüfatı sektoru bu siyasətin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, müasir şəhərsalmada su resurslarının səmərəli idarə olunması, itkilərin minimuma endirilməsi, alternativ su mənbələrinin araşdırılması və rəqəmsal texnologiyaların tətbiqi prioritet məsələlərdəndir.

O, həmçinin bildirib ki, Qaradağ rayonunda həyata keçirilən layihələr çərçivəsində yeni su xətlərinin çəkilməsi, mövcud şəbəkələrin yenilənməsi, müasir sutəmizləyici qurğuların quraşdırılması və kanalizasiya sistemlərinin genişləndirilməsi əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu layihələr nəticəsində fasiləsiz və keyfiyyətli içməli su təminatı, tullantı sularının təhlükəsiz idarə olunması təmin edilir ki, bu da həm ekoloji təhlükəsizliyin, həm də dayanıqlı inkişafın əsas şərtlərindəndir.

S.Əmiraslanov çıxışında, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən su təsərrüfatı layihələrinə toxunaraq qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərdə müasir standartlara uyğun su infrastrukturu qurulur və bu, bölgənin sosial-iqtisadi dirçəlişində mühüm rol oynayır.
Tədbirdə çıxış edən digər natiqlər – Bakı şəhəri Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov, ADSEA Qaradağ rayon Sukanal İdarəsinin şöbə müdiri Murad Əliyev, kadrlar şöbəsinin əməkdaşı Fatma Cəfərova və başqaları su təsərrüfatı işçilərinin fədakar əməyindən, sahədə aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edərək bu sahəyə göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.

Tədbir çərçivəsində “Dadaş Bünyadzadə küçəsi 2-ci dalan” ünvanı üzrə (ADSEA Qaradağ rayon Sukanal İdarəsi) ərazi partiya təşkilatının yığıncağı da keçirilib. Bu ərazi partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini həmin təşkilatda partiya quruculuğu, ideoloji-təbliğat işi, üzvülük haqlarının toplanması və yeni üzvlərin cəlbi istiqamətlərində görülən işlərin qənaətbəxş olduğunu bildirib. Həyata keçrirlən fəaliyyəti nəzərə alaraq ərazi partiya təşkilatının sədri vəzifəsinə Sultan Əmiraslanovun və onun müavini vəzifəsinə isə Murad Əliyevin namizədliyini irəli sürüb.

Səsvermə nəticəsində Sultan Əmiraslan oğlu Əmiraslanov “Dadaş Bünyadzadə küçəsi 2-ci dalan” ünvanı üzrə (ADSEA Qaradağ rayonu Sukanal İdarəsi) ərazi partiya təşkilatının sədri, Murad Firat oğlu Əliyev isə sədr müavini seçiliblər.

Yeni seçilən heyətə gələcək işlərində uğurlar arzulayan Faiq Qurbanov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.