Menu
Xəbər Lenti
Tramp Çinə gedir
Bugün, 06:48

Tramp Çinə gedir

Neftimiz bahalaşdı
9-05-2026, 09:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
9-05-2026, 09:43

DYP-dən xəbərdarlıq

Avropaya köçür
9-05-2026, 09:18

Avropaya köçür

13 May 06:26Manşet / Dünya

Onları xəyanətdə ittiham etdi

onlari-xeyanetde-ittiham-etdi

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yayımlanan xəbərlərə görə bəzi Amerika media orqanlarını sərt şəkildə tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada İranın hərbi uğurları barədə məlumat yayan qəzet və televiziya kanallarını hədəfə alaraq onları “saxta xəbər mediası” adlandırıb.

ABŞ Prezidenti bildirib ki, bəzi media qurumları İranın ABŞ üzərində hərbi üstünlük qazandığı görüntüsü yaratmağa çalışır.

“Saxta xəbər mediası İranın bizə qarşı hərbi cəhətdən uğur qazandığını deyəndə, bu, xəyanətə bərabər olan yalan və absurd iddiadır. Onlar düşmənə kömək edir və ona dəstək verirlər”, – deyə Tramp vurğulayıb.

Tramp həmçinin ABŞ qüvvələrinin İranın 159 hərbi gəmisini məhv etdiyini iddia edib.

O, media qurumlarını İran tərəfinə “yalan ümid verməkdə” günahlandırıb: “Onlar İrana olmamalı olduğu yerdə yalan ümid verirlər. Yalnız uduzan, nankor insanlar və axmaqlar Amerikaya qarşı arqumentlər irəli sürürlər”.