Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Dünyanın ən dinc ölkəsi açıqlandı

Qlobal Sülh İndeksinə əsasən, İslandiya ardıcıl 18-ci dəfə dünyanın ən dinc ölkəsi seçilib.
“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən hazırlanan hesabatda dünya üzrə təhlükəsizlik, sabitlik və sosial vəziyyət göstəriciləri təhlil edilib.
Nəticələrə görə, İslandiya siyahının birinci pilləsində yerini yenidən qoruyub.
Hesabatda İslandiyanın bu mövqeyə, əsasən, yüksək ictimai təhlükəsizlik, çox aşağı cinayət səviyyəsi və ordusuz dövlət quruluşu sayəsində yüksəldiyi qeyd olunur. Ölkədə sosial bərabərlik və iqtisadi ədalətin yüksək olması da sabitliyi gücləndirən əsas amillər kimi göstərilir.
Reytinqdə İrlandiya ikinci, Yeni Zelandiya isə üçüncü yerdə qərarlaşıb. İlk beşliyə həmçinin Avstriya və İsveçrə daxil olub.
İndeks hazırlanarkən üç əsas meyar nəzərə alınıb: davam edən daxili və beynəlxalq münaqişələr, ictimai təhlükəsizlik səviyyəsi və hərbiləşmə dərəcəsi.
Hesabatda həmçinin “sülh” və “xoşbəxtlik” anlayışlarının fərqi vurğulanıb. Məsələn, Finlandiya xoşbəxtlik reytinqində ön sırada yer alsa da, sülh göstəricilərində liderlik İslandiyaya məxsusdur.























































