Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
Bugün, 10:01

“Sabah”ın oyunu var

Güclü külək əsir
Dün, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

21 May 14:49Manşet / Dünya

Xameneidən uranla bağlı - Qadağa

xameneiden-uranla-bagli

İranın yeni Ali lideri Müctəba Xamenei zənginləşdirilmiş uranın İrandan çıxarılmasını qadağan edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. 

“Ali Liderin göstərişinə və ölkə rəhbərliyinin ümumi rəyinə əsasən, zənginləşdirilmiş uran ehtiyatları ölkə hüdudlarını tərk etməməlidir”, - mənbələrdən biri deyib.

Xatırladaq ki, rəsmi Tehranın sülh müzakirələrinə qayıtmaq üçün irəli sürdüyü 5 əsas şərtə qarşı ABŞ də öz sərt tələblərini irəli sürüb. Bu şərtlərdən biri də 400 kiloqram zənginləşdirilmiş uranın təcili olaraq İrandan ABŞ-yə aparılmasıdır. Daha əvvəl mayın sonunda  Pakistanın ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar raunduna ev sahibliyi edəcəyi ilə bağlı xəbər yayılıb.