Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
Bugün, 10:01

“Sabah”ın oyunu var

Güclü külək əsir
Dün, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

27 May 10:02Manşet / Sosial

Yevlaxda ağır qəza - Nəvə öldü, baba yaralıdır - Yenilənib

yevlaxda-agir-qeza

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol keçən piyadaları – baba və nəvəni şəkildə vurub.

Zərbənin gücündən azyaşlı nəvə aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Baba isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlaxda baş verən qəza zamanı ölən və yaralananın kimliyi məlum olub.

Baş verən qəza zamanı 2015-ci il təvəllüdlü nəvə Əlizadə Sübhan hadisə yerində həlak olub, onun babası Cabbar Əliyev isə ağır xəsarətlər alıb. 

Ziya Əmirxanlı