Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

23 Haz 11:03Manşet / Gündəm / Kriminal

Bakıya mövsümi işə görə gəlibmişlər... - Təfərrüat

 

Dünən Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncin hamısı Lerik rayonunun Orand kənd sakinləri olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyiti sudan çıxarılan 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu və qardaşı 2007-ci il təvəllüdlü Elmarın nəşləri dəfn edilmək üçün doğma kəndlərinə aparılıb. 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlu isə Bakıda dəfn olunacaq. Hazırda Namiqin qohumu 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.

Bildirilib ki, vəfat edən gənclər paytaxta mövsümi işlə bağlı gəlibmiş. Onlar Xəzər rayonu ərazisində tikinti sahəsində usta və fəhlə kimi çalışıblar və dünən işlərini yekunlaşdıraraq təhvil veriblər. Bundan sonra 4 gənc istirahət məqsədilə dəniz sahilinə yollanıb.

Qeyd edək ki, gənclərin doğulduğu Orand kəndi 2017-ci ildə qar uçqunu ilə gündəmə gəlmişdi. Həmin vaxt evin damına yığılan qar kütləsi uçmasına səbəb olmuş, nəticədə, bir ailənin 4 üzvü həlak olmuşdu.