Xəbər Lenti
26-05-2026, 19:04
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
26-05-2026, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Oruc tutanlar necə qidalanmalıdır?
Ramazan ayında oruc tutan şəxslər səhhətlərini nəzərə almalıdırlar. Mədə-bağırsaq xorasından, şəkərli diabetin kəskin formasından əziyyət çəkənlər, yüksək qan təzyiqi və başqa kəskin xəstəliyi olan insanların oruc tutması onların sağlamlıq vəziyyətini ağırlaşdıra bilər. Hamilə və süd verən qadınların da həkimlə məsləhətləşdikdən sonra oruc tutması tövsiyə olunur.
Bunu qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, oruc tutan şəxslər imsak və iftar zamanı çoxlu maye qəbul etməlidirlər:
"Oruc tutan bəzi insanlar baş ağrılarından, yorğunluqdan, halsızlıqdan şikayət edirlər. Bu əsasən orqanizmin mayeyə olan tələbatının ödənilmədiyi halda baş verir. İftar və imsak vaxtı hər bir insan mütləq qaydada bədən çəkisinin hər kiloqramına görə 30 qram maye içməlidir. Bu, yalnız təmiz su və ayran olmalıdır. Çay, kofe və rəngli içkilər bu tələbatı ödəmir. Oruc tutarkən insan bədəni bir neçə saat ac qalır. Qidalanarkən mövsümi meyvə-tərəvəzlərə, ət, balıq, pendir, süd məhsulları, yumurta, zeytun, xurma kimi qidalara üstünlük verilməlidir. Qidalanarkən çərəzlərdən istifadə etmək də lazımdır. Mütləq qaydada iki dilim olsa da çörək yeyin. İftar açarkən yeməklərin sıralanmasına fikir verilməlidir. Belə ki, iftar açarkən birinci ilıq su qəbul edilməli, 15 dəqiqə gözlədikdən sonra isə yeməyə başlanmalıdır. Əsas yeməklər isə qızarmış, çox yağlı olmamalıdır. İftardan sonra yarım saat açıq havada gəzmək məsləhət görülür. Bəzi insanlar iftarı açdıqdan sonra yatmırlar və imsaka qədər oyaq qalırlar. Bu, yolverilməzdir. Çünki uzun müddət yuxusuz qaldıqda orqanizmdə pozulmalar baş verir.
Bundan başqa doqquz yaşına çatmayan qız uşaqlarının, on iki yaşına çatmayan oğlan uşaqlarının oruc tutması münasib deyil. Bu yaş dövründə orqanizm sürətlə inkişaf edir. Uşaqlar böyümə yaşında makro və mikro elementləri qidadan aldığı üçün bu proseslərdə ləngimə baş verə bilər", - deyə M.Hüseynova əlavə edib.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayır.






















































