Xəbər Lenti
28-02-2026, 10:18
Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
28-02-2026, 10:09
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
28-02-2026, 09:51
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
27-02-2026, 10:14
Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Fransa və ABŞ səfirlikləri vətəndaşlarına xəbərdarlıq etdi: “Ermənistana səfər etməyin”

Fransa və ABŞ səfirlikləri vətəndaşlarına Ermənistana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.
Fransa səfirliyi vətəndaşlarına Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına səfər etməkdən çəkinməyi tövsiyə edib.
Buna səbəb kimi yeni hərbi eskalasiya potensialını qeyd edib. Bununla bağlı verilən təsvirdə isə təhükənin səviyyəsi əks olunub. Belə ki, qırmızı rəng çox yüksək təhlükə, narıncı rəng isə orta dərəcəli təhlükə kimi səciyyələndirilib.
ABŞ səfirliyi də vətəndaşları üçün xəbərdarlıq yayıb.
Xəbərdarlıqda Ermənistandakı silahlı münaqişə ilə əlaqədar ehtiyatlı olmaq məsləhət görülüb. Bəzi ərazilərin daha çox risk altında olduğu qeyd edilib. Bildirilib ki, sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində baş vermiş hərbi əməliyyatlardan sonra ABŞ səfirliyi əməkdaşlarına və onların ailə üzvlərinə bəzi yerlərə qeyri-vacib səyahətlər qadağan edilir. Belə ki, Tovuz rayonu M4 şosesi boyunca Karvansaradan şimala doğru və şərqdə yerləşən bütün ərazilər, Göyçə gölünün şərqində Geqarkunik rayonu, Göyçə gölünün cənubunda və M10 şossesinin şərqinə doğru Geqarkunik rayonu, Dəvəli rayonunun Arazdəyən kəndi və s. ərazilərə, həmçinin Qarabağa səyahət qadağan olunub.























































