Xəbər Lenti
Dün, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
7-04-2026, 17:36
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
Azərbaycan XİN Ermənistana çağırış edib: Sülhdən qaçmaq yaxşı olmayacaq

“Yaxın zamanlarda üçtərəfli görüş gözlənilir”.
Bunu açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, Praqada əldə olunan razılaşmaların davamı olacaq:
“Əsas məsələ sülhə getməkdir. Tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri çərçivədə də işlər davam etdirilməlidir. Bu istiqamətdə siyasi iradə hər iki tərəfdə ardıcıl olmalıdır. Hesab edirik ki, Ermənistan rəhbərliyi öz məsuliyyətini başa düşür”.
Xarici işlər nazirinin müavini bildirib ki, Ermənistan həm öz öhdəlikləri, həm də beynəlxalq birlik qarşısında məsuliyyət daşıyır.
Xələf Xələfovun sözlərinə görə, Ermənistan müəyyən sənədlər imzaladığından götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
“Bu gün Cənubi Qafqazda və Ermənistan-Azərbaycan münasibətlərində sülhdən başqa alternativ yoxdur. Bu gün biz sülh müqaviləsinə nail olmalıyıq. Sülh müqaviləsi üçün vacib olan bütün addımları atmalıyıq. O addımlar konkret olmalıdır. O addımlar əldə olunmuş razılaşmalara uyğun olmalıdır”, - deyə nazir müavini bildirib.
Xələf Xələfovun sözlərinə görə, Ermənistan hər gün fərqli bəyanatlar verir.
“Artıq regionumuzda və region ətrafında vəziyyət o şəkildə inkişaf edir ki, artıq sülhdən qaçmaq Ermənistan üçün yaxşı olmayacaq. Ermənistan öz mövqeyini ortaya qoymalıdır və sülhə aparan yolda lazım olan bütün addımları atmalıdır”,- deyə Xələf Xələfov əlavə edib.























































