Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

09 Kas 15:46Manşet / Siyasət

Azərbaycan dialoq üçün imkanlar yaradır: Ermənistanın öhdəliklərinin bir hissəsini yerinə yetirməsinin vaxtıdır

Azərbaycan dialoq üçün imkanlar yaradır: Ermənistanın öhdəliklərinin bir hissəsini yerinə yetirməsinin vaxtıdır

2022-ci il noyabrın 8-də Azərbaycanın tarixində əbədi qalan hadisədən - İkinci Qarabağ müharibəsinin başa çatmasından düz iki il keçib. Məhz bu gün Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin kulminasiya məqamına çevrilən Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı çoxdan gözlənilən və sevincli xəbəri açıqladı.

Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru, pakistanlı politoloq Məhəmməd Asif Nur açıqlamasında qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin əhəmiyyətini qiymətləndirmək üçün indiki dövrün keçmiş və gələcək dövrü ilə əlaqələndirilməsi son dərəcə vacibdir.

Onun sözlərinə görə, burada qeyd etmək lazımdır ki, işğalçının bu torpaqlara vurduğu ziyana görə Azərbaycanın işğal olunmuş rayonları acınacaqlı vəziyyətdə olub. Məhz Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə onların inkişafı başlayıb: "Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çaldıqdan sonra ölkə hökuməti bərpa və inkişaf üçün səylərini durmadan artırıb, işğaldan azad edilmiş rayonlarda yenidənqurma və bərpa işlərinə başlanılıb".

O, Prezident İlham Əliyevin böyük rolunu qeyd edib.

"Şanlı qələbəni qazanmaq məhz görkəmli lider Prezident İlham Əliyevin səyləri ilə mümkün olub. Onun uzaqgörənliyi, dünyagörüşü, səmərəli planlaşdırması, yaratdığı məhsuldar iqtisadiyyat və güclü dövlət olmasaydı, qələbə mümkün olmazdı", - deyə politoloq bildirib.

O qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş torpaqların inkişafı üçün səylər göstərir: "Azərbaycan hazırda burada “ağıllı” şəhərlər və kəndlər yaradır, ilk növbədə, keçmiş məcburi köçkünlərin ehtiyaclarına diqqət yetirir. İşğal zamanı parça-parça edilən Qarabağ Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi sayəsində davamlı iqtisadi və sosial inkişafa doğru irəliləyir".

Bundan əlavə, onun sözlərinə görə, Bakı Qarabağı da “yaşıl” enerji resurslarının inkişafı üzrə öhdəliklərinə daxil edir.

Pakistanlı politoloq qeyd edib ki, Qarabağ müharibəsində böyük qələbə ilə başlanan sülh prosesi regional iqtisadiyyatın, nəqliyyat əlaqələrinin, ticarətin və digər fəaliyyətlərin asta, lakin davamlı şəkildə canlanmasına töhfə verir: "Bu, regionun maraqlarına, xüsusən də enerji nəqli üçün yaradılan imkanlara uyğundur. Azərbaycanın regionda ticarətin inkişafına kömək edə biləcək güclü logistika və nəqliyyat potensialı var".

O əlavə edib ki, Azərbaycan üçtərəfli bəyanatlara əməl etməklə regionun rifahının təmin edilməsində konstruktiv rol oynayır: "Bu baxımdan, regionun dinc gələcəyini təmin etmək həyati əhəmiyyət kəsb edir. Azərbaycan öz rolunu oynayıb və dialoq üçün imkanlar yaradır. Ermənistanın da bunu etməsinin vaxtıdır".

Pakistanlı siyasi ekspert Kayzer Nəvab da öz növbəsində qeyd edib ki, Azərbaycanın müasir tarixin bir parçası olan İkinci Qarabağ müharibəsində qələbəsi yalnız Prezident İlham Əliyevin mətinliyi, qətiyyəti və uzaqgörən rəhbərliyi, eləcə də Azərbaycan ordusunun şücaəti sayəsində mümkün olub.

O qeyd edib ki, Pakistan xalqı İkinci Qarabağ müharibəsində qələbə sevincini Azərbaycanla bölüşür.

Prezident İlham Əliyevin sayəsində mümkün olan İkinci Qarabağ müharibəsində qazanılan qələbə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Bu qələbə münaqişə və işğalın dəhşətlərinə son qoydu, əməkdaşlığa və inkişaf perspektivlərinə yol açdı. Region üçün belə imkanları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yaradıb. Prezident İlham Əliyev əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi kimi tarixi missiyanı yerinə yetirməklə Cənubi Qafqazda işğal nəticəsində dağılmış iqtisadi, nəqliyyat və digər əlaqələri dirçəldib.