Menu
Xəbər Lenti
Aktrisalığa qayıda bilər
22-08-2026, 10:52

Aktrisalığa qayıda bilər

Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 10:55

Sabah 36 dərəcə isti olacaq

22 Kas 16:32Manşet / Siyasət

Sarıbaba yüksəkliyi istiqamətində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib

Sarıbaba yüksəkliyi istiqamətində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.