Menu
Xəbər Lenti
Azərbaycana qış gəldi
21-12-2024, 12:54

Azərbaycana qış gəldi

Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

24 Ara 09:38Mədəniyyət

Şuşaya götürən yollar, Şuşada bitmir…

Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən öncəki ad günlərində (başqa əlamətdar günlərdə) adətən məcburi köçkünlərimizlə görüşürdü. - Məsələn, dövlət başçısı 50 yaşını Taxtakörpüdə (Ağcabədi) məskunlaşmış Laçınlı məcburi köçkünlərlə keçirmişdi. Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi şanlı Ordumuz Laçını və digər ərazilərimizi iki il öncə azad etdi; artıq laçınlılar, qarabağlılar, ölkə vətəndaşları, Dünya azərbaycanlıları qürurludur! Biz qalib ölkənin alnıaçıq xalqı olaraq azadlıqdan abadlığa, ərazi bütövlüyündən milli-tarixi haqlarımıza doğru yön alırıq. Necə deyərlər, Şuşaya götürən yollar, Şuşada bitmir…

Bu fikirlər Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı, tanınmış şair Əkbər Qoşalının AZƏRTAC-a təqdim etdiyi “Şuşaya götürən yollar, Şuşada bitmir…” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Prezident builki ad günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalımızla görüşdü, Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılmış ortamla tanış oldu. İlham Əliyev “Gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” dedi.

Dedi ki, “Hətta səndən güclü olan qüvvə qarşısında da geri addım atmamalısan”.

Əlbəttə, biz bilirik ki, Ermənistan bizdən güclü qüvvəyə malik deyil; Prezident heç şübhəsiz, Ermənistanın arxasında durmuş və hələ də “uzanan, sürünən dəstək”də bulunan dünya güclərini nəzərdə tutur. İlham Əliyevin bugünkü görüşünü, ismarıclarını düzgün oxumaq, anlamaq lazımdır.

Müzəffər Ali Baş Komandanımızla qürur duyuruq ki, özünün əziz günündə məhz ən taleyüklü milli-tarixi məsələnin müzakirəsini keçirir.

Bu, öz taleyini xalqın taleyi ilə birləşdirməyin parlaq örnəyidir.

Var olun, cənab Prezident!

Bayrağınız uca olsun!

Dövlətimiz zaval görməsin!