Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

05 Şub 05:11Mədəniyyət

Türk rejissorun filmi YARAT-da göstəriləcək

Fevralın 7-də YARAT Müasir İncəsənət Mərkəzində “Multiperspektivdə” qrup sərgisi çərçivəsində Osman Nuri İyemin “Buludlar” filmi nümayiş olunacaq.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, sənədli film Türkiyənin Egey dənizi sahilində yerləşən kiçik bir kənddə yaşayan Bulud ailəsinin sənədli tragikomediya hekayəsidir.

Film yaxın ailə üzvlərinin gündəlik həyat tərzini bitərəf və humanist nöqteyi-nəzərdən təsvir edir. Osman Nuri İyem İstanbulda yaşayan və fəaliyyət göstərən fotoqraf və rejissordur.

O, “Taşeron Independent Art Initiative”nin həmtəsisçisi, həmçinin “Evin Art Gallery”nin bədii rəhbəridir.

Müddəti 40 dəqiqə olan ekran əsəri ingilis subtitrləri ilə göstəriləcək.