Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
15 Ara 20:16Siyasət
Politoloq: Ermənilərin mina terroru davamlı xarakter alıb
Təəssüflər olsun ki, acınacaqlı vəziyyət hələ də davam edir, Azərbaycan vətəndaşları mina terrorunun qurbanlarına çevrilirlər. Artıq bu, davamlı xarakter daşıyan bir proses halına gəlib. Azərbaycanın rəsmi məlumatlarına görə, bu ərazilərin minalardan təmizlənməsi üçün təxminən 25 milyard dollar vəsait lazımdır. Təsəvvür etmək çətin deyil ki, hələ neçə belə itkilərimiz ola bilər. Bu, həm humanitar fəlakətdir, həm də çox dərin problemdir. Dünyada bu məsələlərlə məşğul olan təsisatlar, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Rusiya və digər ölkələr bizə biganə yanaşırlar, Ermənistana kifayət qədər təzyiqlər göstərmirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin böyük hissəsi yanlışdır. Minaların yerləşdiyi yerlərin, sadəcə, 25 faizi doğru göstərilib.
“Belə olan halda, biz yenə də israrla həm müxtəlif təsisatlara, BMT-yə, BMT-nin ayrı-ayrı qurumlarına, aparıcı ölkələrə, Avropa İttifaqına üz tutaraq Ermənistana təzyiq göstərməyə çağırırıq. Bu təzyiqlər olmasa, Ermənistan təəssüflər ki, doğru mina xəritələrini Azərbaycana verməyəcək, humanitar fəlakət davamlı formaya çevriləcək. Bu yolverilməzdir. Təəssüflər ki, qeyd etdiyim təşkilatlar və ölkələr məsələyə biganə yanaşırlar, demək olar bu biganəlikləri ilə Ermənistana himayədarlıq edirlər. Bu, ikili standartların nümayişidir və əlbəttə ki, yolverilməzdir”, - deyə İ.Vəlizadə qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin