Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

04 Ock 16:37Siyasət

Politoloq: Azərbaycan hücum diplomatiyasını davam etdirməlidir

Fransanın Azərbaycana qarşı açıq və ya gizli formada həmlələri uzun müddətdir davam edir. Məsələn, ilk növbədə, Fransa Senatının və Milli Assambleyasının ölkəmizə qarşı qərəzli qətnamələrini qeyd edə bilərik. Bundan əlavə, hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına rəhbərlik edən, həmçinin onun 5 daimi üzvündən biri olan Fransa ötən ilin sonunda Laçın-Xankəndi yolunda baş verən proseslərlə bağlı qurumda iclas çağırdı. İclasda qəbul etdirilməsi üçün qərəzli şəkildə hazırlanan bəyanatın mətni birbaşa olaraq ermənipərəst mövqeyə söykənirdi. Fransa hazırladığı bu mətnlə özünün Cənubi Qafqazdakı mövqeyini və rolunu möhkəmləndirməkdə maraqlı idi. Digər tərəfdən daxilindəki çox güclü erməni lobbisi də rəsmi Parisin mövqelərinə təsir etmək iqtidarındadır. Bütün bunlara baxmayaraq, bəyanat Ermənistan-Fransa tandeminin istədiyi kimi nəticələnmədi. Bu bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, Azərbaycanın ərazi bütövlüyünə dəstək məsələsi yer aldı. Bu da Azərbaycan diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

Politoloq deyib: “Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi xarici siyasəti və diplomatiyası bu cür həyati əhəmiyyətli məsələlərdə özünü büruzə verdi. Prezident İlham Əliyevin müdrik siyasəti və qlobal təfəkkürü də burada öz rolunu oynadı. Digər tərəfdən dövlətimizin başçısı Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə də bildirmişdi ki, ölkəmizə qarşı məkrli planlar həyata keçirilməkdədir. Heç şübhəsiz, BMT-də Fransa tərəfindən bilavasitə Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirlərinin rəhbərliyi ilə dekabrın 20-dən başlayaraq Azərbaycana qarşı bu mətnlər planlaşdırılırdı. Həmçinin qeyd etməliyik ki, Fransa Vətən müharibəsindən sonra da hər vəchlə Cənubi Qafqazda fəaliyyət imkanlarını genişləndirmək niyyətini büruzə verib”, - deyə İlyas Hüseynov vurğulayıb.

O əlavə edib ki, BMT TŞ-də dövlətimizin haqlı və ədalətə söykənən mövqeyini Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və son dövrlər dost ölkəyə çevrilmiş Albaniya müdafiə etdi. Qeyd etdiyimiz dövlətlərin Azərbaycanı müdafiə etməsi Ermənistan-Fransa birliyinin də qarşını kəsdi və qərəzli bəyanat qəbul olunmadı. Diqqətçəkən məqamlardan biri də Fransanın bu bəyanatı gələcəkdə qətnaməyə çevirmək istəməsi idi. Sonda rəsmi Paris bu prosesin dayandırılması ilə bağlı məktubla müraciət etdi. Biz bu hadisəni Azərbaycanın uğurla apardığı xarici siyasət diplomatiyasının məntiqi nəticəsi kimi qiymətləndirməliyik. Ölkəmiz isə hücum diplomatiyasını davam etdirməlidir.