Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

09 Ock 15:58Siyasət

Azərbaycan Fransa kimi böyük ölkələrin təzyiqlərini dəf edə biləcək gücdədir ŞƏRH

Vətən müharibəsi bitdikdən sonra Azərbaycan tərəfi beynəlxalq aləmə, həmçinin Ermənistana sülh müqaviləsinin imzalanması, sərhədlərin açılması və kommunikasiyaların müəyyən olunması barədə dəfələrlə çağırış edib. Həmçinin Cənubi Qafqazda müharibələrə son qoymaq, sülhə töhfə vermək üçün kompleks təkliflər irəli sürüb. Amma bəzi dövlətlər regionda sülhün bərqərar olmasını maraqlarına zidd olaraq gördükləri üçün Ermənistanı bir vasitə kimi istifadə edirlər. Hazırda isə biz yenə də görürük ki, Fransa başda olmaqla, bəzi böyük dövlətlər Azərbaycanın uzunmüddətli sülhün bərqərar edilməsi üçün atdığı addımların qarşısını almaq üçün işlər aparırlar. Onlar bunun üçün də müxtəlif yollar, bəhanələr axtarırlar. Son dövrlər görürük ki, Fransa həm rəsmi səviyyədə, həm də media qurumları vasitəsilə ölkəmizə qarşı qərəzli davranışlar sərgiləyir. Onlar bununla Azərbaycanın haqlı mövqeyinə zərbə vuraraq dövlətimizi beynəlxalq aləmdə gözdən salmaq istəyirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Murad Sadəddinov söyləyib.

M.Sadəddinov qeyd edib ki, Fransanın növbəti belə addımı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) ölkəmizə qarşı irəli sürdüyü qətnamə idi. Qətnamədə ərazilərimizdə yaşayan ermənilərin guya humanitar böhran yaşadıqları qeyd edilirdi. Bu da özlüyündə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına salınmasıdır. Bundan əlavə, Ermənistanın maraqlarına cavab verən Azərbaycanın Qarabağ iqtisadi rayonuna beynəlxalq müşahidəçilərin yerləşdirilməsi məsələsi də Fransanın məqsədlərini özündə əks etdirir. Bunlar reallığı əks etdirməməklə yanaşı, həm də qeyri-adekvat davranışlardır.

“Faciə isə ondan ibarətdir ki, Fransa BMT TŞ-nin 5 daimi üzvündən biridir və qurumda sədrliyi həyata keçirir. Bu ölkə BMT-nin Təhlükəsizlik Şurasında olduğu üçün bütün dünyada sülhün təmin edilməsinə çalışmalıdır. Rəsmi Paris isə bunun əksinə davranaraq fundamental hüquqlara zidd olaraq dövlətlərarası münasibətlərə zərbə vurur. Bu isə birbaşa BMT-nin nüfuzuna xələl gətirən amillərdəndir.

Ümumiyyətlə, Fransa anlamalıdır ki, Cənubi Qafqazda yeni reallıq yaranıb, dünya, sadəcə, 5 dövlətdən ibarət deyil. Eynilə Azərbaycan da qalib ölkə kimi nəinki regionda, eyni zamanda, dünyada Fransa kimi böyük ölkələrin təzyiqlərini dəf edə biləcək gücdədir. Azərbaycan diplomatiyası uzun illər idi ki, beynəlxalq aləmdə böyük işlər görürdü. Bu səbəbdən Azərbaycan özünə dost ölkələr qazanıb. Bunun nəticəsidir ki, BMT TŞ-də Fransanın ölkəmizə qarşı qətnaməsi müzakirə olunarkən 5 daimi üzvdən ikisi - Rusiya ilə Böyük Britaniya, həmçinin qeyri-daimi 10 üzvdən ikisi - Albaniya və BƏƏ Azərbaycanın ədalətli mövqeyini müdafiə ediblər. Qeyd etdiyimiz dövlətlər Fransanın irəli sürdüyü həqiqətə uyğun olmayan, beynəlxalq qanunvericiliyə və BMT-nin Nizamnaməsinə zidd olan fikirləri mətndən çıxarmağı tələb ediblər. Bununla da istəklərinə nail olmayan Fransa qətnaməsini geri götürməyə məcbur qalıb. Hətta bu addım Fransa diplomatiyasında böyük qalmaqala da səbəb olub.

“Bu cür fikirlər söylənilir ki, rəsmi Paris özünün BMT-dəki daimi nümayəndəsini və onun müavinini geri çağırmaq istəyir. Ölkəmizə qarşı həyata keçirilən bu proses bir daha göstərdi ki, Azərbaycan Vətən müharibəsi dövründə öz ədalətli mövqeyini bərpa edə bilibsə, bundan sonra diplomatiya meydanında da öz layiqli yerini müdafiə edəcək”, - deyə o qeyd edib.