Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

12 Ock 16:32Siyasət

Prezident İlham Əliyev son müsahibəsində ölkəmizin prinsipial mövqeyini qətiyyətlə ifadə etdi

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində çox mühüm məsələlərə toxundu, daxili və xarici siyasətdə əldə olunan nailiyyətlərə, qarşıda duran vəzifələrə diqqət yetirdi, qalib Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzovun sözlərinə görə, bir daha məlum oldu ki, dünyanın ciddi siyasi kataklizmlərlə, iqtisadi tənəzzül və böhranla qarşı-qarşıya qaldığı 2022-ci ildə Azərbaycan yenə də sabitlik adası və inkişaf məkanı kimi özünü təsdiqlədi. Bu, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan uzaqgörən siyasətinin real nəticəsidir. Sosial-iqtisadi tədbirlər Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikrinin şüar deyil, reallıq olduğunu növbəti dəfə isbat etdi. Dövlətimizin başçısının bu günlərdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində müvafiq Sərəncam imzalaması isə nümunəvi sosial siyasətin uğurla davam etdirildiyini göstərir. Bir daha aydın oldu ki, Azərbaycan tarixi Qələbəni diplomatiya meydanında gücləndirməklə beynəlxalq mövqeyini daha da möhkəmləndirdi. Ölkəmizə qarşı Ermənistanın və onun havadarlarının təxribatlarının qarşısı alındı, şərtləri diktə edən Azərbaycanın mövqeyi həlledici amil kimi qəbul olundu. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, artıq sülh üçün bütün şərtlər təmin edilib və 2023-cü ildə hədəflərimizə nail olacağıq”.

“Prezident İlham Əliyev Böyük Qayıdışla əlaqədar fəaliyyətin sistemli xarakter daşıdığını vurğuladı. İşğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri görülür, eyni zamanda, Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində böyük əzm və qətiyyət nümayiş etdirir. Müzəffər Ali Baş Komandanımızın vurğuladığı kimi, Zəngəzur dəhlizi açılacaq, Ermənistan istəsə də, istəməsə də.

Əlbəttə, bütün bu müsbət nəticələr, parlaq nailiyyətlər tərəqqi və Zəfər yolunda addımlayan Azərbaycan üçün yeni perspektivlər yaradır. Şübhə yoxdur ki, 2023-cü il – “Heydər Əliyev İli” Azərbaycan üçün olduqca əlamətdar olacaq, tarixi nailiyyətlər və yeni qələbələrlə yadda qalacaq”, - deyən Siyavuş Novruzov fikirlərini yekunlaşdırıb.