Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
25 Şub 22:00Cəmiyyət
UNESCO feyk informasiyaların qarşısını almaq üçün rəqəmsal platformaları tənzimləməyə çağırıb
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) təşkil etdiyi İnternet Etibarlığı Konfransı onlayn məlumatların yayılması sahəsində davam edən böhranın tənzimləyici həll yollarını müzakirə etmək üçün 4300 iştirakçını bir araya gətirib.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, UNESCO-nun baş direktoru Odre Azule, Braziliya prezidenti Luiz İnasio Lula da Silva və 2021-ci ilin Nobel Sülh mükafatı laureatı Mariya Ressanın çıxışlarında insan hüquqlarının müdafiəsi zamanı informasiyanın etibarlığını artırmaq üçün ümumi qlobal qaydalara təcili ehtiyac olduğu vurğulanıb.
UNESCO-nun baş direktoru deyib: “Doğru ilə yalan arasında sərhəd qoyulması, elmi faktların yüksək təşkilatlanmış inkarı, dezinformasiya və sui-qəsdlərin güclənməsi – bütün bunlar təkcə sosial şəbəkələrlə bağlı deyil. Ancaq tənzimləmə olmadıqda, bu mənfi hallar sosial mediada daha geniş vüsət alır. Biz texnoloji inqilabın bütün meyarlarını rəhbər tutaraq, insan hüquqlarını, ifadə azadlığını və demokratiyanı qoruya bilərik. Yayılan məlumatların ümumi rifaha xidmət etməsi naminə birlikdə düşünməli və hərəkət etməliyik”.
İnternet Etibarlığı Konfransında qeyd olunub ki, informasiyanın doğru olmasını təmin etmək və onlayn platformada insan haqlarını təşviq etmək üçün sosial medianın tənzimlənməsi istiqamətində ilk qlobal təlimatlar hazırlanır. UNESCO bununla bağlı qlobal dialoq kampaniyasına start verir. Təşkilat bu işə bütün maraqlı tərəfləri - hökumətləri, müstəqil tənzimləyiciləri, rəqəmsal şirkətləri, akademik dairələri və vətəndaş cəmiyyətini cəlb edir. Təlimatlar UNESCO tərəfindən 2023-cü ilin sentyabrında təqdim ediləcək.
Nobel Sülh mükafatlı laureatı, jurnalist Mariya Ressa çıxışında təəssüflə bildirib ki, yalan faktlar daha tez yayılır və feyk informasiyalar qorxu, qəzəb, nifrət kontekstində olduqda daha təhlükəli hal alır. O, xəbərdarlıq edib ki, yalan xəbərlərə pul ayıran sosial media alqoritmlərinə dözməyə davam etsək, gələcək nəsillər həqiqətin təhlükəli şəkildə dəyərdən düşdüyü dünyanı miras alacaqlar. "Faktlar olmadan, həqiqətə sahib ola bilməzsiniz, həqiqət olmadan, etibara sahib ola bilməzsiniz və ortaq reallığımız yoxdur", -deyə M.Ressa vurğulayıb.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva konfransda videoformatda etdiyi çıxışda yanvarın 8-də öz ölkəsində demokratik təsisatlara qarşı zorakı hücumları xatırladıb. O əlavə edib: “Həmin gün baş verənlər daha əvvəl başladılan, yalan və dezinformasiyadan silah kimi istifadə edilən kampaniyanın kulminasiya nöqtəsi idi. Bu kampaniya əsasən rəqəmsal platformalar və mesajlaşma proqramları vasitəsilə təşkil edilir və yayılırdı. Bu, dünyanın başqa yerlərində zorakılıq aktları yaratmaq üçün istifadə edilən eyni üsuldur. Bu cür hallara son qoyulmalıdır”.
Odre Azule sonda tənzimləyici təşəbbüslərin çoxaldığını, ən azı 55 ölkədə bu məsələ üzərində iş aparıldığını qeyd edib. Lakin o, insan hüquqlarına əsaslanan ardıcıl, qlobal yanaşmanın tərəfdarı olduğunu da əlavə edib: “Əgər bu tənzimləmə təşəbbüsləri təcrid olunmuş şəkildə inkişaf etdirilsə, hər bir ölkə öz küncündə işləsə, uğursuzluğa məhkumdur. İnformasiya sahəsində yaranmış xaos qlobal problemdir, ona görə də bizim düşüncələrimiz qlobal miqyasda yerinə yetirilməlidir”.
Konfransda çıxış edən İslandiyanın Baş naziri Katrin Yakobsdouttir deyib: “Hazırda Parisdə apardığımız müzakirələr çox vacibdir. Rəqəmsal məkanı tənzimləmək üçün ümumi qaydalar toplusunu anlamaq çox vacibdir. Texnologiyadan insanları sıxışdırmaq, izləmək və ya təqib etmək və ya interneti dayandırmaq üçün sui-istifadə etmək olmaz”. O, eyni zamanda, feyk xəbərlərin yayılmasının qarşısını almaq üçün zəruri tədbirlərin görülməsinin əhəmiyyətini də vurğulayıb.