Xəbər Lenti
Bugün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
05 Ara 14:47Mədəniyyət
“China Daily” Azərbaycanın mədəni irsinə aid 4 elementin UNESCO-nun siyahısına salınmasından yazır
Çinin nüfuzlu ingilisdilli nəşri olan “China Daily” qəzeti Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus 4 elementin UNESCO-nun siyahısına salınması barədə xəbər yayıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) mövzuya dair təqdim etdiyi material əsasında hazırlanan məqalədə qeyd olunur ki, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilən 17-ci sessiyasında Azərbaycanın 4 elementi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Bunlar “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı” (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə) çoxmillətli nominasiyasıdır.
Bildirilir ki, sözügedən nominasiya sənədləri Azərbaycanın Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə əməkdaşlığı şəraitində təqdim olunub.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.