Menu
Xəbər Lenti
Bakıda ev yanıb
Bugün, 09:30

Bakıda ev yanıb

“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

03 Kas 08:21Cəmiyyət

Oturduqları ağacın budaqlarını kəsənlər...

Oturduqları ağacın budaqlarını kəsənlər...

Milli Məclis avropalı parlamentarilərin Ermənistana səfərini pisləyib
Məlum olduğu kimi, Avropa Parlamentinin bəzi deputatları Ermənistana səfər ediblər. Bu səfər çərçivəsində onlar təkcə Ermənistanın siyasi hakimiyyət nümayəndələri ilə deyil, həm də separatçı rejimin Ermənistanda məskunlaşmış təmsilçiləri ilə görüşlər keçiriblər. Yeri gəlmişkən, məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb.
Bəyanatda, həmçinin deyilir: “Təəssüf ki, öz ənənəvi siyasətlərini davam etdirən Avropa Parlamentinin nümayəndələri hələ 1988-ci ildə Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu zaman “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına göz yumub.
Ümumbəşəri insan haqlarını, qanunun aliliyini və demokratiya dəyərlərini pərdələməyə çalışan fransız deputatlar başda olmaqla, Avropa Parlamentinin nümayəndələri Cənubi Qafqaz bölgəsinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, həmçinin regiona xaos və qeyri-sabitlik gətirməyə çalışırlar.
Özünü ləğv etmiş rejimin keçmiş “lideri” ilə görüşən Avropa Parlamentinin bir sıra üzvləri daha əvvəl qeyd edilən məqsədi güdərək, “xristian dəyərlərini” qorumaq pərdəsi arxasında nə dərəcədə riyakar olduqlarını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdiriblər.
Baş verən hadisələr, bu qurumun parlamentarilərinin islamofobiya, Azərbaycana, Türkiyəyə, ümumiyyətlə, dünyadakı insanlığa qarşı nifrət və xristianlığın üstünlüyünü aşkar şəkildə nümayiş etdirmələri Avropa Parlamentinin hansı səviyyədə olmasının birbaşa göstəricisidir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi təəssüf hissi ilə bildirir ki, avropalı parlamentarilərin artıq tendensiyaya çevrilən bu cür davranışları nəinki qəbuledilməzdir, həm də Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini ilk mərhələdəcə məhv etməyə yönəlmişdir. Həmin dağıdıcı qüvvələr öz mənfəətlərini güdərək, regionumuzu yenidən müharibə və xaos vəziyyətinə sürükləmək istəyirlər.
Biz Avropa Parlamentinin rəhbərliyindən təkcə regionda bu təxribatçı fəaliyyətə müvafiq qiymət verməyə deyil, həm də humanitar məsələlərdən siyasi və təxribatçı məqsədlər üçün istifadənin dayandırılmasını, həmçinin Cənubi Qafqaz bölgəsinin daxili işlərinə qarışmamağı və bununla da sülh prosesinə zərər verməməyi tələb edirik”.
Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, avropalı parlamentarilərin bu görüşü separatizmin dəstəklənməsi, terrorçuluğun müdafiə edilməsi deməkdir: “Bu davranış və hərəkətlər nəticə etibarilə regionumuza sülh və təhlükəsizlik gətirmir. Əksinə, yenidən revanşizmin güclənməsinə, separatizmin genişlənməsinə və yeni bir müharibə ocağının yaranmasına təkan verən bir amildir. Avropa İttifaqının siyasi baxımdan əsas qanadını təşkil edən Fransa Ermənistanı silahlandırırsa, belə olan vəziyyətdə avropalı parlamentarilərdən başqa bir addım gözləmək absurddur.  Bir sıra Qərb dövlətləri və Qərb siyasi dairələri heç bir halda regiona sülh göyərçini kimi gəlmirlər. Nəticə etibarilə bölgəmizdə yenidən revanşizmin və separatizm dirçəlməsinə, qol-qanad açmasına rəvac verirlər.
Məhz bu reallığı nəzərə alaraq Azərbaycan parlamenti də bu məsələ ilə bağlı öz bəyanatını qəbul edib, etirazını bildirib. Haqlı olaraq hesab edirik ki, avropalı parlamentarilərin bu davranışı regionumuza sülh gətirmir və hadisələrin daha da gərginləşməsinə səbəb olur. Belə olan vəziyyətdə bütün məsuliyyət təbii ki, avropalı parlamentarilərin, eyni zamanda Ermənistan hakimiyyətinin üzərinə düşür.
Azərbaycanın işi haqq işidir və biz öz haqq işimizi istənilən yolla müdafiə etməyə hazırıq. Biz güclüyük və bundan sonra da öz haqq işimizi, istənilən yolla, eyni zamanda, hərbi və diplomatik yolla müdafiə etməyə qadirik. Bunu avropalı parlamentarilər yadlarından çıxarmasınlar. Həm də onlar bir şeyi unutmasınlar ki, oturduqları ağacın budaqlarını kəsirlər. Enerji təhlükəsizliyində ciddi boşluqlar olan bir tərəf heç bir halda özünün əsas enerji tərəfdaşlarından biri olan Azərbaycana qarşı belə bir addım atmamalı idi. Görünür ki, bəzi avropalı parlamentarilərinin şəxsi maraqları təmsil etdikləri dövlətin maraqlarından qat qat güclüdür”.