Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər
Milli Məclisin deputatları AŞPA-nın 2 komitəsinin iclaslarında iştirak edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, mayın 13-də Fransanın Paris şəhərində AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçiriləcək.
İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətlərinin üzvü Nigar Arpadarai iştirak edəcəklər.
Tədbirdə “Rusiya və Ukrayna münaqişəsi nəticəsində regionda daxili və xarici miqrasiyaların humanitar nəticələri”, “Seçkiqabağı kompaniyalarda miqrasiya və sığınacaq məsələlərinin miqrantların qəbuluna və hüquqlarına təsiri” kimi mövzular müzakirə ediləcək, bir sıra təşkilati işlərə baxılacaq.
Səməd Seyidov həmçinin AŞPA-nın mayın 16-17-də keçiriləcək Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün Yunanıstanın Hanya şəhərində səfərdə olacaq. İclasda “Yeni çağırışlar qarşısında Avropa təhlükəsizliyinin asimmetriyası”, “Şərqi Aralıq dənizində sülh və stabilliyin qorunması”, “Şərqi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi”, “Müxtəlifliyin və inklüzivliyin təşviqində siyasi partiyaların rolu: yeni irqçilikdə azad cəmiyyət xartiyası” kimi mövzularda, həmçinin beynəlxalq silahlı münaqişələr şəraitində Avropa Şurasının rolu ilə bağlı müxtəlif istiqamətlərdə müzakirələrin keçirilməsi nəzərdə tutulub.





















































