Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

06 Şub 17:24Cəmiyyət

Tərtərdə nöqsanlar aşkarlanan yağ istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Tərtər rayonunun Xoruzlu kəndində fəaliyyət göstərən yağ istehsalı sexinə baxış keçirilib.

İlkin baxış zamanı müəssisənin sanitariya-gigiyena qaydalarına və qüvvədə olan hüquqi-normativ aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi, eləcə də sexdə emal prosesinin primitiv üsulla həyata keçirildiyi aşkarlanıb. Həmçinin məhsulların soyuq zəncir rejiminə əməl olunmadan və üzərində etiketlənmə aparılmadan istehsal edildiyi, eyni zamanda, müşahidəedici sənədlərinin təsdiqlənmədiyi müəyyən olunub.

Aşkar olunan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin rəhbərinə çatışmazlıqları aradan qaldırmaq tövsiyə edilib.