Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
06 Şub 17:26Cəmiyyət
Sankt-Peterburq əmək forumunda MDB-də miqrasiya proseslərinin tənzimlənməsi müzakirə ediləcək
VII Sankt-Peterburq əmək forumu çərçivəsində təşkil olunacaq “MDB iştirakçı dövlətlərinin ərazisində beynəlxalq miqrasiya proseslərinin tənzimlənməsi” mövzusunda konfransda parlamentarilər və ekspertlər Birliyə daxil olan ölkələrdə ortaq əmək bazarının mütəşəkkil komplektləşdirilməsi və formalaşmasının yeni formalarını müzakirə edəcəklər.
AZƏRTAC MDB Parlamentlərarası Assambleyası Şurasının katibliyinə istinadla xəbər verir ki, konfrans martın 15-də forumun ənənəvi keçiriləcəyi MDB Parlamentlərarası Assambleyasının mənzil-qərargahında – Tavriya sarayında keçiriləcək.
Məşğulluq və özünüməşğulluğun distansiyalı formalarının geniş yayıldığı bir şəraitdə konfransda əsas diqqətin postpandemiya iqtisadiyyatının əmək resursları ilə təmin olunması və kadr çatışmazlığının azaldılmasına yönəldilməsi qərara alınıb.
Ekspertlər mütəşəkkil işçi qüvvəsinin cəlb olunmasının yeni formalarını və MDB ölkələrində ümumi əmək bazarının formalaşması perspektivlərini müzakirə edəcəklər.
Konfrans iştirakçıları ehtiyac olan əcnəbi peşəkarların cəlbinin stimullaşdırılması yolları, immiqrasiyaya qədər hazırlıq infrastrukturunun formalaşması, əmək miqrantlarının əmək bazarına uyğun peşə və ixtisaslarının müvafiqliyinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
MDB ölkələrindən olan parlamentarilər, profil nazirlikləri və idarələrinin təmsilçiləri, alimlər və siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri miqrasiya sahəsində Birliyə üzv dövlətlərin milli qanunvericiliklərinin təkmilləşdirilməsi məsələlərini də müzakirə edəcəklər.
Gündəlikdə olan mühüm məsələlər arasında, həmçinin mütəşəkkil əmək miqrasiyası iştirakçılarının müşayiət olunması üçün rəqəmsal informasiya texnologiyalarının tətbiqi, əmək məhsuldarlığının artırılması, əmək resurslarına tələbatda düşünülmüş balansın və zəruri təhlükəsizlik səviyyəsinin təmin edilməsi də var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır