Menu
Xəbər Lenti
Bakıda kafedə qan töküldü
16-05-2024, 08:47

Bakıda kafedə qan töküldü

TƏBRİK EDİRİK!!!
14-05-2024, 13:20

TƏBRİK EDİRİK!!!

Səmərəli siyasi dialoq
13-05-2024, 08:38

Səmərəli siyasi dialoq

04 Kas 15:31Dünya

Ermənistanda gərginlik ARTIR – Paşinyan Sarkisyanın ailə üzvlərini həbs etməyə HAZIRLAŞIR

Ermənistanda gərginlik ARTIR – Paşinyan Sarkisyanın ailə üzvlərini həbs etməyə HAZIRLAŞIR

Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. Gərginləşən vəziyyətdə siyasi mübarizələr daha çox sualtı döyüş şəklində gedir. Üzdə bir-birinin üzünə gülümsəyən  erməni siyasiləri arxada min oyundan çıxır. Məsələn, Paşinyan əsas siyasi rəqibi Robert Köçəryanın oğlu Levonu artıq ikinci aydır ki, həbsdə saxlayır.  

Paşinyanın növbəti hədəfində isə Serj Sarkisyanla Artur Vanetsyandır. Erməni baş nazir bu iki rəqibini bir güllə ilə vurmaq istəyir.  

Bu istiqamətdə prosesə artıq start verilib.  

Erməni mətbuatı bu barədə sensasion sayıla biləcək faktlar açıqlayıb. Bəlli olub ki, Ermənistanın Baş Prokurorluğu Sarkisyanın kürəkəni Mikael Manisyanla Artur Vanetsyanın əmisi oğlu Karen Vanetsyan barədə cinayət işi açıb.  
 
Ermənistan Baş Prokurorluğunun materiallarına görə, Zəngəzur zavodu kredit adı altında Mikael Minasyanın şirkətinə külli miqdarda vəsait “ötürüb”. Bu pulla o, zavodun səhmlərini 2018-ci ildə real dəyərindən xeyli aşağı qiymətə alıb. 

Ermənistan Baş Prokurorluğunun noyabrın 1-də İsveçrə və Ermənistan vətəndaşı Karen Vanetsyana qarşı çirkli pulların yuyulması maddəsi ilə cinayət işi açıb.

Araşdırma zamanı müəyyən edilib ki, Vanetsyan Kiprdə qeydiyyatdan keçmiş şirkətin real benefisiarı olmaqla 2018-ci il iyulun 23-də onun vasitəsilə Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 12,5 faizini alıb. Xatırladaq ki, bu müəssisə Ermənistanın ən böyük vergi ödəyicisidir.  

Əvvəllər bu səhmlər Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olub. Formal olaraq bu səhmlər “Zəngəzur Mining” şirkətinin adına rəsmiləşdirilib. Zəngəzur zavodu Minasyanın şirkətinin adına və açıq-aşkar əlverişsiz şərtlərlə kredit verib. Bu sövdələşmə nəticəsində Minasyanın şirkəti zavodun göstərilən 12,5% səhmlərini əldə edərək xüsusilə böyük miqdarda gəlir əldə edib. 

2018-ci ildə Minasyan Vanetsyanla bu səhmlərin ona sərfəli şərtlərlə verilməsi barədə razılığa gəlib. Vanetsyan 13 milyon dollara  Kiprdəki sözügedən ofşor şirkəti vasitəsilə 12,5% pay alıb.  

Qeyd edək ki, Karen Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, hazırda isə müxalifətdə olan “Vətən” partiyasının sədri Artur Vanetsyanın əmisi oğludur. Artur Vanetsyansa Serj Sakrisyanın böyük kürəkəni, Mikael Manisyanın bacanağıdır.  
Burdan da aydın görünür ki, Paşinyan öz rəqiblərinə qarşı qəti mübarizəyə başlayıb.  

Bəs, Paşinyan öz niyyətinə nə qədər nail ola biləcək? Bunu yaxın zamanda öyrənəcəyik.