Xəbər Lenti
10-07-2025, 13:22
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
9-07-2025, 08:08
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
9-07-2025, 07:51
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
9-07-2025, 07:48
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
8-07-2025, 09:30
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
21 Ara 02:53Dünya
Ukrayna GUAM-a sədrliyi dövründə prioritet istiqamətləri açıqlayıb
Rusiyanın genişmiqyaslı təcavüzünə baxmayaraq, Ukrayna 2023-cü ildə GUAM-a sədrliyi dövründə məhsuldar və qətiyyətli liderliyə sadiqdir.
AZƏRTAC Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu dekabrın 20-də GUAM nazirlərinin onlayn görüşündə çıxış edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
“Mən bu il Moldovaya sədrliyi üçün təşəkkür edirəm və 2023-cü ildə Ukraynanın sədrliyi dönəmində üzv ölkələrin dəstəyini səbirsizliklə gözləyirəm. Hətta özünü Rusiyanın genişmiqyaslı təcavüzündən müdafiə edərək, Ukrayna gələn il GUAM-da qətiyyətli və məhsuldar liderlik həyata keçirmək əzmindədir”, - deyə Kuleba bildirib.
Nazir Ukraynanın sədrliyi dövründə beş prioriteti açıqlayıb. Onlara GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması və Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşmanın tətbiqi daxildir.
Ukrayna diplomatiyasının rəhbəri GUAM çərçivəsində təkcə iqtisadi tərəfdaşlığı deyil, təhlükəsizlik sahəsində tərəfdaşlığı gücləndirməyi təklif edib və Ukrayna Prezident Volodimir Zelenskinin təqdim etdiyi Sülh Formulunun reallaşdırılması üzrə birgə işə çağırıb.