Xəbər Lenti
Dün, 13:32
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
9-05-2025, 13:47
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
“Azərreyl”in baş məşqçisi İspaniya klubu ilə oyundakı məğlubiyyətin səbəbini açıqlayıb
“Dünənki qarşılaşmada məğlubiyyətin əsas səbəbi oyun qura bilməməyimizdir”.
Bunu “Report”a açıqlamasında “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşmə İspaniyada “Avarka de Menorka”ya 0:3 hesabı ilə uduzduqları Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis Bakıda doğma meydan amilindən yararlandıqları üçün qalib gəldiklərini söyləyib:
“Həmin vaxt xal toplayan oyunçularımız daha çox idi. Bu dəfə isə oyun qurmaqla bağlı çatışmazlıq oldu. Məncə, 23:25 hesabı ilə uduzduğumuz ikinci setin sonunda kritik hakim səhvi də var idi”.
Qeyd edək ki, Bakıda rəqibini 3:1 hesabı ilə üstələyən “Azərreyl” avrokuboklarda mübarizəni dayandırmalı olub.