Xəbər Lenti
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 18:16
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Emin Əfəndi “Neftçi”dən ayrıldı - Rüstəm Əfsərli qayıtdı+Yenilənib

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi klubdan ayrılıb.
“Qafqazinfo” sportinfo.az-a istinadən xəbər verir ki, o, ötən gün klubu tərk edib.
Onu bu postda “CBC Sport” kanalının şərhçisi Rüstəm Əfsərlinin əvəz edəcəyi deyilir. R.Əfsərli əvvəllər də “Neftçi”nin mətbuat xidmətinin rəhbəri kimi çalışıb.
Qeyd edək ki, Emin Əfəndi 2023-cü ilin yayında “Neftçi”də mətbuat xidmətinin rəhbəri postuna gətirilmişdi.
***
Rüstəm Əfsərli "Neftçi"nin Media üzrə koordinatoru vəzifəsinə təyin edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.























































