Menu
Xəbər Lenti
12 Ara 15:11İdman

Ruan Renato “Qəbələ”də 50-ci oyununa çıxıb

Ruan Renato “Qəbələ”də 50-ci oyununu keçirib. Braziliyalı müdafiəçinin yubileyi Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinə təsadüf edib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, 28 yaşlı cənubi amerikalı “Qarabağ”la səfərdə baş tutan ilk matçda (2:2) meydana çıxıb.

2021-ci ilin yayında transfer olunan Ruan “Qəbələ”də keçirdiyi 50 görüşdə 2 qol vurub. O, Premyer Liqada 41 (2 qol), Azərbaycan kubokunda 7, UEFA Konfrans Liqasında 2 dəfə meydana çıxıb.

Xatırladaq ki, Renato “Qəbələ”də 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər oyununda debüt edib. Həmin qarşılaşma 2:2 hesabı ilə başa çatıb.