Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
5-10-2026, 10:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 10:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Tovuzda yeni rekord və antirekord

Misli Premyer Liqasının XXVIII turunun "Turan Tovuz” – "Qarabağ” oyununu 6500 tamaşaçı izləyib. Bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.
Qaynarinfo PFL-ə istinadən xəbər verir ki, 2022/23 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.
Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) "Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib.
"Qarabağ”ı qəbul edən "Turan Tovuz” həmçinin antirekordunu təkrarlayıb. Kurban Berdıyevin baş məşqçisi olduğu komanda 1:4 hesabı ilə uduzub.
Bu, Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da "Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.
"Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. "Sumqayıt”dan sonra "Qarabağ” da Qərb səfərində 4 top vurub.
Bu oyun "Turan Tovuz” üçün həm də əlamətdar olub. Qərb təmsilçisi turnirdə 100-cü matçına çıxıb.
Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz klubu yubiley oyununda "Qarabağ”a 1:4 hesabı ilə uduzub. Komanda 100 qarşılaşmada 34 qələbə qazanıb, 28 heç-heçə edib və 38 dəfə məğlub olub. Bu görüşlərdə 124 dəfə fərqlənən tovuzlular 135 qol buraxıb.
Tovuzdakı matç həm də meydan sahiblərinin 50-ci ev oyunu olub. 18 qələbə və 12 heç-heçəsi olan komanda 20-ci məğlubiyyətini alıb. 67 qol vuran "Turan Tovuz” 70 top buraxıb.
Qeyd edək ki, Premyer Liqada 2022/23 mövsümündə debüt edən Tovuz təmsilçisi ilk matçını 2022-ci il avqustun 8-də "Qəbələ”yə qarşı keçirib – 0:2.






















































