Menu
Xəbər Lenti
08 Şub 02:38Dünya

ABŞ dövlət katibi və Avstriya xarici işlər naziri Ukraynaya yardım məsələsini müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken və Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq Vaşinqtonda keçirilən görüşdə Ukraynaya yardım və anti-Rusiya tədbirlərini müzakirə ediblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatda bildirilib. Onun sözlərinə görə, tərəflər gələcək ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Ukraynaya kömək göstərilməsini, xüsusi hərbi əməliyyat aparması ilə bağlı Rusiyanı məsuliyyətə cəlb etməyin zəruriliyini müzakirə ediblər. Onlar, həmçinin ATƏT-in dialoq platforması kimi vacibliyindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır