Menu
Xəbər Lenti
15 Şub 06:27Manşet / Dünya

Balidə əcnəbilər üçün turist vergisi tətbiq edildi

 

Fevralın 14-dən Baliyə səyahət edənlər üçün turizm vergisi tətbiq ediləcək.

Bu barədə İndoneziya hökumətinin adanın təbiətini qorumağa yönəlmiş “Love Bali” təşəbbüsünün saytında məlumat verilib.

Rüsumun dəyəri adambaşına 150 min İndoneziya rupisi (təxminən 10 dollar) təşkil edəcək.

Rüsum Baliyə çatdıqdan əvvəl və ya sonra “Love Bali”yə  ödənilməlidir.

Bu, diplomatik və ya tələbə vizası sahibləri, habelə rəsmi nümayəndə heyətlərinin nümayəndələri istisna olmaqla, hər kəsə aiddir.

Bundan əlavə, İndoneziya və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) daxil olan ölkələrin vətəndaşları da rüsum ödəməyəcəklər.

Vəsaitlər adanın mədəniyyətini və təbiətini qorumaq təşəbbüslərinə xərclənəcək. Proqrama mərcan riflərinin bərpası layihələri də daxildir.

İndoneziya hökumətinin məlumatına görə, 2023-cü ildə təxminən 11 milyon xarici turist Balini ziyarət edib. Hakimiyyət turist vergisindən ildə təxminən 180 min dollar toplamağı planlaşdırır.