Xəbər Lenti
17-04-2024, 09:08
Körpə Elvinin anası: “Ona nəsə olsa, mən yaşaya bilmərəm, yardımsevər şəxslərə yalvarıram”
17-04-2024, 08:55
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib
16-04-2024, 16:32
Botanika İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub
16-04-2024, 09:05
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
15-04-2024, 11:04
Fədakar alim, xeyirxah insan, qayğıkeş ana, çox hörmətli akademikimiz Zərifə xanım Əliyevanı hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
15-04-2024, 09:44
Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb
15-04-2024, 09:39
KİV: “Beynəlxalq hava yolları İranın İsrailə hücumundan sonra xaos vəziyyətindədir”
15-04-2024, 08:48
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə ilkin dinləmələr keçiriləcək
20 Mrt 10:32Mədəniyyət
Xalça Muzeyində uşaqlar üçün bayram şənliyi təşkil olunub
Azərbaycan Milli Xalça Muzeyində təbiətin oyanışını müjdələyən, bolluq, bərəkət, birlik və bərabərlik rəmzi olan Novruz bayramı münasibətilə uşaqlar üçün “Novruz 2023” bayram şənliyi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirib ki, bayram tədbirində Üzeyir Hacıbəyovun ev-muzeyinin nəzdində fəaliyyət göstərən "Nur" xor studiyasının (dirijor: Mələk Vəlizadə) kollektivi rəngarəng musiqi kompozisiyası təqdim edib. Muzeyin Uşaq Birliyinin üzvlərinin iştirakı ilə “Günəşin nağılı” teatr tamaşası göstərilib. İnnovasiya Tədris Mərkəzinin şagirdləri Novruzu tərənnüm edən bir-birindən rəngarəng rəsmlər çəkib, Kəmalə Rəcəbovanın rəhbərlik etdiyi Azərbaycan Ritmləri Rəqs Ansamblı isə konsert proqramı ilə çıxış edib.
Uşaq şöbəsi tərəfindən qazi və şəhid ailələrinin övladları üçün milli geyimlərin yun saplarla bəzədilməsi üzrə ustad dərsi, muzeyə ekskursiya təşkil olunub, “Məlikməmmədin nağılı” marionet kukla teatrı göstərilib.
Tədbirdə Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Heydər Əliyev İli” ilə əlaqədar təqdim etdiyi kitab sərgisi böyük maraqla qarşılanıb.
Bayram şənliyinin sonunda iştirakçılara diplom və təşəkkürnamələr təqdim olunub.