Menu
Xəbər Lenti
FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

20 Eyl 07:07Manşet / İdman

“Real” Xabi Alonso üçün hərəkətə keçəcək

 

“Real Madrid” 2026-cı ildə müqaviləsi başa çatacaq Karlo Ançelottinin yerinə baş məşqçi axtarışındadır.

“Qafqazinfo” “Football-Espana” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” “Bayer Leverkuzen”in çalışdırıcısı Xabi Alonso ilə maraqlanır.

Madrid təmsilçisi 2025-ci ildə ispan mütəxəssis üçün hərəkətə keçəcək.

Məlumatlara görə, Alonsonun Almaniya klubu ilə müqaviləsi 2026-cı ildə başa çatır və 41 yaşlı mütəxəssis müqaviləni yeniləmək niyyətində deyil.

Alonsonun bu yay “Liverpul” və “Bavariya” kimi böyük Avropa klublarından gələn təklifləri rədd etdiyi və diqqətini İspaniya nəhəngindəki gələcək planlarına yönəltdiyi bildirilir.

Qeyd edək ki, Xabi Alonso 2009-2014-cü illərdə “kral klubu”nun futbolçusu olub. O, 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. Alonsonun rəhbərliyi altında klub tarixində ilk dəfə Almaniya çempionluğunu qazanıb.