Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
“Real”la “Yuventus”dan inamlı qələbə - ÇL-də gecənin nəticələri
UEFA Çempionlar Liqasında ilk liqa mərhələsinin oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, I turun ilk oyun gününə 6 qarşılaşma ilə yekun vurulub.
“Liverpul” (İngiltərə) səfərdə “Milan”a, (İtaliya) “Bavariya” (Almaniya) doğma meydanda “Dinamo”ya (Zaqreb, Xorvatiya) qalib gəlib.
Son çempion “Real Madrid” (İspaniya) “Ştuttqart” (Almaniya), “Sportinq” (Portuqaliya) isə “Lill” (Fransa) üzərində inamlı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
17 sentyabr
“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1
“Yanq Boys” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3
“Bavariya” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2
“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3
“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1
“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0
Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.























































