Xəbər Lenti
Bugün, 08:00
Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı
Dün, 13:33
Şəfəq Ağacan- "Şikayət məktubu ",Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən-2-ci Hissə
26-03-2024, 15:04
Ölkəmizdə əcnəbi gənclərin iştirakı ilə "Beynəlxalq Novruz Festivalı-Azərbaycan" layihəsi keçirilib
26-03-2024, 14:26
Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”
26-03-2024, 14:09
Əliyev-Putin danışıqları: Azərbaycan-Rusiya münasibətlərini pisləşdirmək istəyənlərə mənalı cavab - TƏHLİL
26-03-2024, 08:45
Körpə Hüseyn yardımsevər şəxslərin dəstəyinə möhtacdır: Müalicə üçün 600 manat lazımdır
23-03-2024, 09:35
Pakistanın Milli Günü münasibətilə keçirilən paradda Azərbaycan hərbçiləri iştirak ediblər
08 Ock 06:38Siyasət
Avstriyadakı soydaşlarımızdan ekofəallara dəstək: “Erməni ekosidinə son!”
Avstriyadakı Azərbaycan diasporunun fəalları Vyana şəhərində BMT bölməsinin yerləşdiyi mərkəzin qarşısında Azərbaycan ərazisində erməni ekoloji terroruna etiraz əlaməti olaraq aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Akademik Birliyi və Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyi (AZER-DER) tərəfindən birgə təşkil olunan aksiyada Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz bildirilib.
“Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələbləri ilə çıxış edən aksiyaçılar Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülər ilə həmrəylik nümayiş etdiriblər. Onlar Azərbaycan ictimaiyyəti ilə yanaşı, xaricdə yaşayan soydaşlarımızın da Azərbaycan ərazisində yeraltı və yerüstü sərvətlərin Ermənistan və erməni separatçıları tərəfindən talanmasına göz yumulmayacağını bildiriblər. Qeyd edilib ki, Azərbaycanın Qarabağ ərazisində törədilən ekoloji terror təkcə Azərbaycanı deyil, bütün planeti narahat edən ümumbəşəri məsələ olmalıdır.
Vurğulanıb ki, 30 il davam edən işğal dövründə Azərbaycan ərazilərindəki təbii sərvətlər ermənilər tərəfindən talan olunub, yandırılıb, sular çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib. Dünya ictimaiyyəti müharibənin nəticələrini aradan qaldırmaq istiqamətində ciddi səylər göstərən və genişmiqyaslı quruculuq işləri aparan Azərbaycanın haqq səsinə səs verməli, ekoloji terrora son qoyulması məqsədilə əməli addımlar atılması üçün çağırışlar edilməlidir.