Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

20 Mrt 18:48Mədəniyyət

Misirdə Novruz tədbiri keçirilib

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi Novruz bayramı münasibətilə tədbir təşkil edilb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Misirdə yaşayan Azərbaycan diaspor nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, əsrlərdir qeyd olunan Novruz bayramı münasibətilə diaspor nümayəndələrini və səfirlik əməkdaşlarını təbrik edərək xoş arzularını bildirib, Novruz atributları haqqında geniş məlumat verərək, bu bayramın özündə ümumbəşəri dəyərləri, xalqımızın çoxəsrlik ənənələrini, milli-mənəvi irsə bağlılığını tərənnüm etdirdiyini söyləyib. E.Poluxov xalqımızın öz ənənələrinə sadiqliyinin bariz nümunəsi olan Novruz bayramının xaricdə yaşayan soydaşlarımızın vətənə bağlılıq hisslərini gücləndirdiyini və ölkəmizin milli maraqları baxımından birgə fəaliyyətlərini daha da təşviq etdiyini vurğulayıb.

Tədbir çərçivəsində iştirakçılara Novruz şirniyyatları təqdim olunub, ənənəyə uyğun olaraq tonqal qalanıb, Azərbaycan musiqisinin sədaları altında rəqslər ifa edilib, xalqımızın Novruza xas olan adət-ənənələri və ayinləri canlandırılıb.