Xəbər Lenti
Dün, 13:32
Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
9-05-2025, 13:47
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
7-05-2025, 07:37
DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım”
Naxçıvanda sabiq xidmət rəisi həbs edildi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (NMR SHXÇDX) sabiq rəisi Mirzə Xəlil oğlu Cəlilovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb.
Oxu.Az-ın məlumatına görə, o, NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.
Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Mirzə Cəlilov əvvəllər Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.