Menu
Xəbər Lenti
10 Ock 18:44Manşet / Hadisə

Putin üçün avtomobil hazırlayan şirkətin azərbaycanlı baş direktoru vəzifədən getdi

Putin üçün avtomobil hazırlayan şirkətin azərbaycanlı baş direktoru vəzifədən getdi

Azərbaycanlı iş adamı Adil Şirinov Rusiya Prezidenti Vladimir Putin, dövlət qurumları, nazirlər və digər vəzifəli şəxslər üçün avtomobil istehsalı ilə məşğul olan "Aurus" ASC-nin baş direktoru vəzifəsindən gedib.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Şirinov bu postu öz istəyi ilə tərk edib. Hazırda baş direktorun vəzifələrini əvvəllər şirkətin icraçı direktoru olmuş Nikolay Xodoseviç yerinə yetirir.

“Şirinov 2021-ci ilin dekabrında “Aurus” şirkətinin baş direktoru kimi karyerasını başa vurub. O, bu vəzifəni öz istəyi ilə tərk edib və bundan sonra diqqətini “UAZ PJSC” və “Sollers Ford” şirkətlərinin fəaliyyətinə yönəldəcək. Əvvəllər şirkətin icraçı direktoru olmuş Nikolay Xodoseviç baş direktor vəzifəsini yerinə yetirir”, - deyə yayılan açıqlamada bildirilir.

A.Şirinov 2019-cu ilin iyunundan “Aurus” avtomobil şirkətinin baş direktoru vəzifəsini yerinə yetirirdi.

Qeyd edək ki, Adil Şirinov 1964-cü ildə Bakıda doğulub. O, 1990-cı ildən etibarən Rusiyanın avtomobil sənayesində ən yaxşı mütəxəssislərdən biri hesab olunur. Həmyerlimiz 1993-1998-ci illərdə “OTİS Elevators”un Rusiyadakı nümayəndəsi olub.

Azərbaycanlı iş adamı “Sollers”dəki fəaliyyətinə qədər “RusPromAvto” ASC-də direktor, 1999- 2002-ci illərdə “Ford Motor Company” şirkətində çalışıb.