Xəbər Lenti
15-12-2025, 17:26
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
“Ukraynanın sülh planı 90% hazırdır” - Zelenski
“Ukraynanın sülh planı əsas məqamlar üzrə 90% hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında axşam müraciəti zamanı bildirib.
“Sülh planımızı hazırlamaq üçün görüşlər... Sülhü yaxınlaşdırmaq üçün bizə ən güclü mövqe verə biləcək bir şey - real, ədalətli dünya”, - deyə dövlət başçısı deyib.
Ukrayna Prezidenti əlavə edib ki, bu planda hər şey ətraflı yazılıb. Onun sözlərinə görə, onların hər biri öz ölkəsində münaqişənin həllinə yaxınlaşmağa kömək edəcək.
Zelenski qeyd edib ki, Kiyev hazır sənədi gələn həftə müttəfiqlərinə təqdim etməyi planlaşdırır.






















































