Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Şuşada Bayraq Meydanının açılışı oldu - Yenilənib+Fotolar

Prezident İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Şuşada Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına Bayraq Meydanında görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Meydanın layihəsi “Chapman Taylor” şirkətinin konsepsiyası əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib. Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb.
Qeyd edək ki, Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.


























































