Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
“Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb
“Müasir İnternet Resurslarının İnkişafı” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu ” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi uşaq və gənclərdə internetdən məsuliyyətli və məqsədyönlü istifadə vərdişlərini formalaşdırmaq, eyni zamanda milli və mənəvi dəyərləri təbliğ etməklə onların mənəvi dünyasının sağlam inkişafına dəstək olmaqdır.
“Müasir İnternet Resurslarının İnkişafı” İB-inin sədri, eyni zamanda ilə “Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu” layihəsinin rəhbəri Zamin Zeynalın verdiyi məlumata görə layihənin həyata keçirilməsi ilə əlaqədar gözlənilən əsas nəticələrdən biri əhali arasında davranış və sosial təcrübə dəyişikliyi olacaq. Uşaqlarda rəqəmsal məsuliyyət, gənclərdə dəyərlərə əsaslanan internet davranışı, valideynlərdə isə nəzarət və maarifləndirmə bacarıqları formalaşacaq.
Qeyd edək ki, sözügüdən layihənin 3 ay (01.05.2026-31.07.2026) müddətində Abşeron və Sabirabad rayonlarında, eyni zamanda Bakı şəhərində icrası nəzərdə tutulub.
#QHTAgentliyi #NgoAgency
#MüasirİnternetResurslarınınİnkişafı
#MİRİİB
#Uşaqvəgənclərininternetdəndüzgünistifadəsindəmillivəmənəvitəbliğatınrolu























































