Xəbər Lenti
Dün, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsinin icrası davam etdirilir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsinin icrası davam etdirilir. Layihə çərçivəsində Göyçay rayonunda növbəti maarifləndirici təlim keçirilmişdir. Təlimdə Göyçay rayon Peşə Liseyinin və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbə və müəllimləri iştirak edirdilər. Layihənin eksperti Nailə İsmayılova və təlimçi Mətanət Əsgərova çıxış edərək Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndiriməsi üçün kompleks tədbirlərin görülməsinin vacibliyini qeyd etmişlər. Ailə dəyərlərin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməli olmasının əhəmiyyəti göstərilmişdir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gercəkləşdirə bilən fəal, güclü ailələrin formalaşdırılmasında maraqlıdır. Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Təlimdə müasir ailə modelinin növləri və formaları təhlil edilmiş, gənclərin etibarlı ailə münasibətlərinin qurulması üçün ailə modelinin düzgün seçilməsinin əhəmiyyəti göstərilmişdir. Təlimin gedişində iştirakçıların sualları cavablandırılmış, müasir ailə modeli ilə bağlı iştirakçıları maraqlandıran bir sıra məsələlər müzakirə olunmuşdur. Birliyin sədri Samirə Mustafayevanın rəhbərliyi ilə iştirakçılar arasında müzakirələr çay süfrəsi arxasında davam etdirilmişdir.

























































