Pərvanə Mirzə qızı İmamquliyeva: “ Heydər Əliyev – adını tarix yazdı, qəlblərə həkk olundu”.
Ulu Öndər H.Əliyevin anadan olmasının 102-ci ildönümündə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədovun tapşırığı və dəstəyi ilə Şamaxıda park salınır
DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım”
Mourinyo Arda Güləri istəyir
Joze Mourinyo “Real Madrid”in futbolçusu Arda Gülərin “Fənərbaxça”ya transferini istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.
Portuqaliyalı mütəxəssis türk ulduzun transferini rəhbərlikdən tələb edib. O, mövsümün ikinci yarısında yarımmüdafiəçini icarə əsasında komandasında görmək istəyir.
Nəşr yazır ki, İstanbul klubunun idman direktoru Mario Branko artıq 19 yaşlı futbolçu ilə bağlı Madrid təmsilçisi ilə danışıqlara başlayıb.
“Fənərbaxça” “kral klubu”nun Güləri daimi olaraq satmaq niyyətində olmadığını bildiyi üçün, onu bu yanvar “transfer pəncərəsi”ndə icarəyə götürmək üçün çalışacaq.
Klub prezidenti Ali Koçun da gənc ulduzu İstanbula qayıtmağa razı salmaq üçün danışıqlara qatıla biləcəyi bildirilir.
Xatırldaq ki, Arda Gülər 2023-cü ilin yayında “sarı-lacivərdlilər”dən İspaniya nəhənginə transfer olub.